Accessibility links

ÜST rəhbəri: Dünyada 18 000 meymun çiçəyi yoluxması qeydə alınıb


Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus çərşənbə günü bildirib ki, 78 ölkədə 18 mindən çox meymun çiçəyinə yoluxma halı qeydə alınıb.

O, COVID-19 mövzusunda mətbuata açıqlması zamanı bu məlumatı açıqlayıb və deyib ki, meymun çiçəyi xəstəliyindən beş ölüm hadisəsi baş verib, halların 10%-ində xəstələr xəstəxanaya yerləşdirilib.

Tedros bildirb ki, ölkələr, icmalar və fərdlər virusun risklərini ciddi qəbul etdiyi müddətdə epidemiyanın qarşısını almaq olar.

Hazırda yoluxmaların 98%-i digər kişilərlə cinsi əlaqədə olan kişilər arasındadır. Baş direktor onlara cinsi partnyorların sayını azaltmağı tövsiyə edir. O, həmçinin insanlara qarşı ayrı-seçkilik etməməyin vacibliyini vurğulayıb, çünki hər hansı bir stiqma və ya nifrət "bir virus kimi təhlükəli ola bilər və epidemiyaya təkan verə bilər".

ÜST-ün keçən həftə qlobal fövqəladə vəziyyət elan etdiyi meymun çiçəyi cinsi əlaqə, öpüşmə, qucaqlaşma və virusun olduğu paltar, dəsmal və yataq dəsti vasitəsilə insandan insana keçə bilər.

Ümumdünya Səhiyyə Təşkilatı virus olan insanlarla ünsiyyətdə olanlar, səhiyyə işçiləri, laboratoriya işçiləri və bir neçə cinsi partnyoru olanlar kimi yoluxma riski yüksək olanlar üçün hədəflənmiş peyvəndlər tövsiyə edir. ÜST hazırda kütləvi peyvənd planına qarşıdır.

MVA-BN kimi tanınan vaksin Kanada, Avropa İttifaqı və ABŞ-da meymun çiçəyi xəstəliyinə qarşı istifadə üçün təsdiq edilmişdir. Buna baxmayaraq, ÜST hələ də vaksinlərin effektivliyinə dair məlumatlara malik deyil və buna görə də peyvəndlərdən istifadə edən bütün ölkələri məlumatlarını paylaşmağa çağırır.

Meymun çiçəyi peyvəndinin qorumasının qüvvəyə minməsinə qədər bir neçə həftə çəkə bilər və ÜST ehtiyatlı olmağa davam etməyi tövsiyə edir.

ÜST meymun çiçəyi xəstəliyinə qarşı peyvəndi əldə etmək imkanı olan ölkələrin bunu olmayanlarla paylaşmasını istəyir. Tedros bildirib ki, vaksinlər vacib bir vasitə olsa da, nəzarət, diaqnoz və riskin azaldılması daha da yayılmasının qarşısını almaq üçün əsas amillər olaraq qalır.

Dünyaya Baxış

Dünyaya Baxış. Qəzza Zolağında "kövrək" atəşkəs davam edir
please wait

No media source currently available

0:00 0:11:01 0:00
XS
SM
MD
LG