Accessibility links

ÜST 2 yeni COVID-19 dərmanını tövsiyə edir


Ümumdünya Səhiyyə Təşkilatı cümə günü COVID-19-un müalicəsi üçün iki yeni dərmanı tövsiyə etdiyini bildirib.

Bu iki dərman baritsitinib və sotrovimabdır. Baritsitinib "ağır və ya kritik COVID-19 xəstələri üçündür" - deyə, ÜST qeyd edib.

Bildirilib ki, monoklonal anticism dərmanı olan Sotrovimab xəstəxanaya yerləşdirilmə riski yüksək olan xəstələrdə yüngül və ya orta dərəcəli COVID-19-un müalicəsi üçün “şərti olaraq tövsiyə olunur”.

ÜST-ün bəyanatında deyilir: "Bu dərmanların həyatları nə dərəcədə xilas edəcəyi onların nə qədər geniş yayılmış və əlverişli olacağından asılıdır".

Bu arada, İsveçin baş nazirinin COVID üçün testi müsbət nəticələnib. Maqdalena Anderssonun sözçüsü, Baş Nazirinin sürətli testinin nəticəsinin müsbət olduğunu və onun evdən işləyəcəyini bildirib. İsveç dünyanın bir çox başqa ölkələri kimi, yüksək yoluxucu omikron variantının yayılması ilə mübarizə aparır.

Hindistanda rəsmilər ölkənin şərq bölgəsində dini ritual olan Qanqassaqar Melaya 3 milyon insanın qatılacağını gözlədiklərini açıqlayıb.

"Səhər tezdən orda çox sayda insan var idi" – deyə, yerli rəsmi Bankim Həzrə cümə günü AFP-yə bildirib.

Hindistanın şiddətli COVID epidemiyası zamanı bu hadisənin daha çox yoluxmalara səbəb ola biləcəyini nəzərə alaraq, zəvvarların Qanq çayına girmələtinin qarşısını almaq üçün çaya dronlar vasitəsilə müqəddəs su püskürdülüb.

"Ancaq müqəddəslər və çoxlu sayda insan çay girməyə can atırdılar. Əksəriyyəti maskasız olan zəvvarlar təhlükəsizlik işçilərindən çox idi" – deyə, Həzrə qeyd edib.

Cons Hopkins Koronavirus Resurs Mərkəzi cümə gününün əvvəlində dünya boyu bu günə qədər COVID-19-a 320,5 milyon yoluxma və 5 milyondan çox ölüm halının qeydə aldığını bildirib. Mərkəz 9,5 milyard peyvəndin tətbiq edildiyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG