Accessibility links

Wikileaks-in yaydığı sənədə görə, İranda siyasi vəziyyət prezidentdən deyil, nəzərə çarpmayan fiqurdan asılıdır


Wikileaks-in yaydığı sənədə görə, İranda siyasi vəziyyət prezidentdən deyil, nəzərə çarpmayan fiqurdan asılıdır
Wikileaks-in yaydığı sənədə görə, İranda siyasi vəziyyət prezidentdən deyil, nəzərə çarpmayan fiqurdan asılıdır

Xameneyinin nüfuzu məhduddur. O, fikrini oğlu Muştabın gələcəyinin müdafiəsinə yönəldib. Müxalifət Xameneyini Mesbah-Yəzdinin qrupundan ayırmaq, insan hüquqlarının pozulmasına və saxtalaşdırmaya görə sonuncunun üzərinə məsuliyyət qoymaq üçün səy göstərir.

Wikileaks saytı Amerika diplomatlarının məxfi yazışmalarını dərc etməkdə davam edir. Yeni il ərəfəsində İnternetdə növbəti sənədlər işıq üzü görüb.

Turan Agentliyinin məlumatına görə, yeni yayılan sənədlər arasında Amerikanın Bakıdakı səfirliyin siyasi-iqtisadi məsələlər üzrə müşavirinin İranda hakimiyyət bölgüsü haqqında hesabatı da var. Hesabat adı açıqlanmayan İran mənbəsi ilə söhbət əsasında hazırlanıb.
Hesabatın xülasəsində bildirilir ki, İranda bu gün siyasi vəziyyət prezident Mahmud Əhmədinejaddan yox, ayətullah Mesbah-Yəzdi kimi nəzərə çarpmayan fiqurdan asılıdır. Ölkədə son prezident seçkilərinin nəticələrinin saxtalaşdırılmasında əsas rol məhz ona aid olub. Mənbə Mesbah-Yəzdinin siyasi ideologiyasını antidemokratik adlandırıb və qeyd edib ki, bir çox beynəlxalq müşahidəçilər onun nüfuzunu layiqincə qiymətləndirmir.
Mənbə təsdiq edib ki, İran hazırda ciddi islahatlar yaşayır və ölkənin dini lideri Xameneyi manevr axtarışında Rəfsəncani və Mesbah-Yəzdi arasında tərəddüd edir.
Bu müəmmalı insanın şəxsiyyətinə toxunan mənbə qeyd edib ki, Mesbah-Yəzdi Platondan sitat gətirir və liberal-demokratiya və onun atributlarının qəti əleyhdarıdır. O, bu cür dövlət quruluşunu eqoizmə, əxlaqsızlığa əsaslanan yanlış quruluş sayır.
Mesbah-Yəzdi uzun illər İnqilab Qvardiyası və Bəsici kimi qurumlarda öz nüfuzunu artırıb.
Turan Agentliyi Wikileaks saytına istinadən bildirir ki, İranda siyasi transformasiya bir neçə mərhələdə baş verir. Birinci mərhələ seçkilərdən dərhal sonra başlayıb və şokda olan insanların qəzəbi ilə səciyyələnib. Seçkilərə qədər bir çox iranlılar inanırdılar ki, ölkədə heç olmasa qismən demokratiya var və ölkə liberal təkamülə qadirdir. Lakin saxtakarlıq və repressiyalar bu inancları ciddi şəkildə sarsıtdı.
İkinci mərhələ iyunun 19-da Ayətullah Xameneyi Əhmədinejadın seçkilərdə qalib gəldiyini elan etdiyi vaxt başlayıb. Bir neçə gündə cəmiyyətin reaksiyası Tehranda 1999-cu ildə tələbələrin etirazlarını xatırladırdı.
Üçüncü mərhələ iyulun 17-də Rəfsəncaninin xütbəsi ilə başladı və hələ də davam edir. İranda hazırki sakitlik insanları yanıltmamalıdır. Bir çox siyasi proseslər davam edir. Rəfsəncani daxili siyasi vəziyyətdə mühüm amil olaraq qalır və müxalifətin maliyyələşməsinə şərait yaradır. Ali lider Xameneyi Əhmədinejada yaxın deyil və Musəvini dəstəkləyən Rəfsəncani və İnqilab Qvardiyası ilə birlikdə Əhmədinejadın tərəfində olan Mesbah-Yəzdi arasında tərəddüd edir.
Xameneyinin nüfuzu məhduddur və o, fikrini oğlu Muştabın gələcəyinin müdafiəsinə yönəldib. Müxalifət Xameneyini Mesbah-Yəzdinin qrupundan ayırmaq və insan hüquqlarının pozulmasına və saxtalaşdırmaya görə sonuncunun üzərinə məsuliyyət qoymaq üçün səy göstərir.
İranlılar milli KİV-lərə inanmırlar, Musəvi və onun müttəfiqləri isə təbliğat və beynəlxalq aləmə çıxış üçün xarici KİV-lərdən və İnternetdən səmərəli şəkildə istifadə ediblər. İranlılar İnternetdən uğurla yararlanmağı öyrəniblər və bu, hətta kəndlərdə də baş verib.
"Amerikanın səsi" və BBC radiostansiyalarının da güclü təsiri var və onlar İran müxalifətinin məlumatlarının yayılmasında çox mühüm rol oynayır.
Narkotik bugünki İranda hədsiz böyük rol oynayır. Belə ki, gecə saat 3-də Tehran Universitetinin yataqxanasında hər növ narkotik almaq olar. Heroinin bir dozası cəmi bir dollaradır. Bundan başqa, ucuzlu tiryək geniş yayılıb, ağrıkəsici Tramadolu isə istənilən aptekdə 10 həbi 50 sentə reseptsiz əldə etmək olar.

XS
SM
MD
LG