Accessibility links

Xədicə İsmayıl: Hökumətin insan haqlarının qorunması üçün siyasi iradəsi yoxdur


Xədicə İsmayıl: Hökumətin insan haqlarının qorunması üçün siyasi iradəsi yoxdur
please wait

No media source currently available

0:00 0:11:13 0:00

Araşdırmaçı jurnalist Xədicə İsmayıl Amerikanın Səsinə müsahibəsində dekabrın 10-u Beynəlxalq İnsan Hüquqları günü münasibətilə Azərbaycanda insanların fundamental azadlıqlarının hazırki durumu barədə danışıb.

Amerikanın səsi : İnsanların fundamental azadlıqları ilə bağlı hazırki durumu on beş il öncəki durumla necə müqayisə edərdiniz ?

İndi vəziyyət ümidsizdir. İndi biz bu ümidin bərpa olunmasına çalışmalıyıq.

Xədicə İsmayıl : Əslində Azərbaycanda İnsan Hüquqları ilə bağlı durum müqayisəli və ya müqayisəsiz acınacaqlıdır. Amma biz 2003- cü il ilə müqayisə edəndə bu acınacaqlı durumun , o zaman da durum pis idi. O zaman da İlham Əliyevin hakimiyyətə gəlişi olmuşdu. O zaman da atadan oğula prezidentliyin devr edilməsi olmuşdu. Buna etiraz edənlərin repressiya ilə susdurulması olmuşdu. Amma o zaman vətəndaş cəmiyyəti deyə bilcəyimiz məfhum var idi ölkədə. O zaman insanların etiraz üçün azacıq da olsa imkanları var idi. O zaman ölkədə nisbətən azad mətbuat var idi. Nisbətən azacıq azad olan televiziya kanalı var idi. İndi bunların heç biri yoxdur. İndi biz sıfır mətbuat, sıfır TV, demək olar ki, məhv olunmuş vətəndaş cəmiyyəti ilə giririk növbəti insan haqları ilinə. 2003-cü ildə bəzən bizə elə gəlirdi ki, vəziyyət faciəvi idi. Amma bütün baş verən faciələrlə insan ölümü, ixtişaşlar həbslər və s onunla yanaşı ümidsiz deyil idi. İndi vəziyyət ümidsizdir. İndi biz bu ümidin bərpa olunmasına çalışmalıyıq.

Amerikanın səsi : Azərbayan hökuməti insan hüquq və azadlıqları, o cümlədən ifadə azadlığı sahəsində islahatlarla bağlı bir neçə il öncəmilli fəaliyyət planını qəbul edib. Həmin planın qəbulundan sonra bu sahədə hansı islahatlar aparılıb?

Xədicə İsmayıl : Hökumətin əslində insan haqları ilə bağlı vəziyyəti yaxşılaşdırmaq niyyəti yoxdur. Həmin illər ərzində situasiya daha da pisləşdi. Bu fəaliyyət planında əslində çox böyük məqsədlər də qoyulmamışdı. Sistemli, köklü dəyişikliklər nəzərdə tutulmamışdı. Bəyanat xarakterli şeylər idi. Hökumət vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı hansısa məqsədlərinin olduğunu sözdə bəyan edirdisə, vətəndaş cəmiyyətinin məhv etməklə məşğul oldu bu müddət ərzində. Təşkilatlardan bağlaya bildiklərini bağladılar, qova bildiklərini qovdular, tuta bildiklərini tutdular, ala bildiklərini də aldılar. Azad sözlə bağlı vəziyyət olduqca acınacaqlıdı. Ölkədə yeganə müxalif qəzet bağlandı və heç bir çap məmulatından söhbət gedə bilməz. Ölkədə olan jurnalistlər nəfəslik kimi internet saytlarına üz tutdular. İnternet saytlar yaratdılar və həmin internet saytlar ya faktiki, ya da ki məhkəmə hökmü ilə bloklanıb və qadağan olunub. Facebookda özünüifadə etmək azadlığın ola bilər. Amma özünüifadədən sonra azadlığın olmaya bilər. Yəni, öz fikirlərini ifadə edən adamlar da sonra repressiyalar ilə üzləşirlər. Jurnalistlər hansılar ki, saytlara yazırlar, onlar bir başa basqı ilə üzləşir. Burada blogerlər həbs olunur, müxalif saytın baş redaktoruna qarşı ağır ittihamlarla cinayət işi açılır. Bir jurnalist Gürcüstandan başına torba keçirilərək oğurlanıb gətirilir. Ölkədə nəinki institutsional, yəni təşkilat olaraq, media qrumu olaraq fəaliyyət göstərilməsinə imkan yoxdur insanların, hətta fərd olaraq da jurnalistika fəaliyyəti ilə məşğul olmaq imkanı yoxdur.

Amerikanın səsi : Məlumdur ki, insan hüquqlarının qorunmasında son ünvan məhkəmələrdir. Bəs burada vəziyyət necədir ? Sizcə bu məhkəmələr pozulmuş hüquqları bərpa edə bilirlərmi ?

Xədicə İsmayıl: Azərbaycan məhkəmələrinin müstəqilliyindən söhbət gedə bilməz. Azərbaycanda məhkəmələrinin müstəqilliyindən təəssüf ki, söhbət gedə bilməz və Azərbaycan məhkəmələrində hakimlərin təyinatından tutmuş məhkəmələrdə iş bölgüsünə qədər hökumət tam nəzarət edir prosesə. Hələ ondan başlayaq ki, Məhkəmə Hüquq Şürasının sədri elə Ədliyyə Naziridi.Sizin hakimdən şikayətiniz var , siz onu Ədliyyə Nazirliyinə edirsiniz. Biz məhkəmə hakimiyyəti deyə biləcəyimiz bir şey yoxdur Azərbaycanda. Bu tamamilə prezidentin və hakim partiyanın dabanı altında olan bir qrumdur. Məhkəmədə də əsas qərarı elə prokurorluq, hökumətin sifarişi edir.

Hətta qeyri-siyasi işlərdə belə məhkəmə hakimiyyəti son ümid yeri kimi çıxış edə bilmir Azərbaycanda. O ki qaldı ki, haqqını tələb eləyən, azad söz uğrunda və s üçün məhkəməyə yolu düşən adamlar olsun.

Amerikanın səsi: Hüquq müdafiə təşkilatlarının siyasi və vicdan məhbusu kimi tanıdığı şəxslərin hüquqlarının müdafiəsi necə təşkil edilib. AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisinin apardığı işə münasibətiniz necədir?

Təəssüf ki , biz hələ AŞPA-nın təyin etdiyi məruzəçinin işini görmürük.

Xədicə İsmayıl: Təəssüf ki , biz hələ AŞPA-nın təyin etdiyi məruzəçinin işini görmürük, çünki məruzəçini mən elə başa düşürəm ki, hökumətimiz ölkəyə hələ dəvət etməyib. Biz hələ ki, bu işi görmürük. Ölkədə və xaricdə fəaliyyət göstərən iki paralel qrum siyasi məhbusların siyahısını hazırlayır. Birində bir qədər daha genişdir. Birində isə bir qədər məhduddu. Orada standartlar daha kəskin qoyulub. O standartlardan çıxılmır. Mən ikinci qrupun üzvüyəm. Həmin qrupun təsbit etdiyi 130 dan artıq siyasi məhbus işi var. 2014 –cü il ilə müqayisə edək. Yəni,2014-cü ildə ölkədə siyasi məhbusların sayı 98 idi. İndi isə130-du. Təssəvvür edin ki,vəziyyət nə qədər pisləşib. 2013-cü ildə 80-dən artıq siyasi məhbusdan söhbət gedirdi, hələ AŞPA o zaman məsələyə baxanda. İndi islandiyalı deputatın Azərbaycanda öyrənməli olduğu və qərar verməli olduğu işlərin sayı qat-qat artıqdır. Biz hələ bu siyahıya hələ inzibati həbsləri, qısa müddətli həbsləri salmırıq. Bu siyahıda yalnız uzunmüddətli həbslərdi. Həmin siyasi məhbusların işi üzrə qərar verilməlidir və onlar ayrıca öyrənilmədir. Onlar barədə AŞPA -ya hesabat hazırlanmalıdı.

Amerikanın səsi: Sizcə insan hüquqları sahəsində hansı islahatlara ehtiyac var ?

Təcili olaraq görülməli olan iş, işgəncələrlə bağlı müstəqil qrumun yaradılmasıdır.

Xədicə İsmayıl : Təcili olaraq görülməli olan iş, işgəncələrlə bağlı müstəqil qrumun yaradılmasıdır.Müstəqil monitorinq mexanizminin olmasıdır. İşgəncə altında olan adamlara təcili olaraq kömək etmək üçün heç bir imkanımız yoxdur. İşgəncə altında olan adamların səsini hətta vəkillər belə çatdıra bilmirlər artıq. Çünki bildiyimiz kimi, vəkil Yalçın İmanov işgəncə barədə xəbər verdiyinə görə kollegiyadan uzaqlaşdırıldı. İlk növbədə işgəncələr barədə məlumatların toplanması, monitorinqi və bununla bağlı müstəqil mexanizmin olmasıdır. Azərbaycanda ictimai təşkilatların, vətəndaş cəmiyyəti qrumlarının fəaliyyətinə yenidən imkan yaradılmalıdır. Bütün bunlar azad mətbuatsız görülməz. Ölkədə mətbuatın qarşısına qoyulan məsələlər, problemlər aradan qaldırılmalıdır.

Siyasi məhbus olan ölkədə hansı insan haqlarından danışa bilərik ? Yəni hökumət sıfırlamalıdır bu situasiyanı, yəni siyasi məhbusların hamısını azadlığa buraxmalıdır. Təəssüf ki, bizim hökumətin ölkədə insan haqlarının qorunması üçün siyasi iradəsi yoxdur.

Çünki insan haqlarının qorunduğu ölkədə insanlar sual verməyi bacarırlar. Hökumət də qorxur ki, haqqını bilən vətəndaş bir gün ondan soruşar :

Sən bu pulu necə oğurladın? Hara oğurladın? Hara apardın? Niyə qaytarmırsan? Niyə biz bu gündə yaşayırıq? Hökumət istəmir vətəndaş bu sualı versin. Hökumət istəmir ki, onun cinayətləri,prezident İlham Əliyev və onun ailəsi üçün topladığı sərvətin mənşəyi barədə suallar verilsin .Hökumət istəmir ki, hökumətdə olan nazirlərin oğurladığı pullar barədə suallar verilsin və xalq haqqını tələb etsin. Təəssüf ki,oğurlamaqda davam etmək üçün hakimiyyəti və pul mənbələrini əldə saxlamaq üçün insan haqlarını pozmaqda davam edəcək hökumət.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG