Accessibility links

Xədicə İsmayıl: “Meydan aclıqdan daha gur səslənir”


Xədicə İsmayıl aclıq edir
Xədicə İsmayıl aclıq edir

İctimaiyyət nümayəndələrinin Mehman Hüseynov və digər siyasi məhbuslara azadlıq tələbi ilə keçirdiyi aclıq aksiyasında iştirak edən araşdırmaçı jurnalist Xədicə İsmayıl aksiyada iştirakının 100 saatı tamam olan an aclığı dayandıracağını bildirib.

Bu gün keçirilən mitinqin cəmiyyətin oyaq olduğunu göstərdiyini qeyd edən jurnalist əlavə edib ki, “meydan aclıqdan daha gur səslənir.”

“Ümid edirəm ki, siyasi məhbuslar da aclıq aksiyasına son qoyacaq və cəmiyyətin onlar uğrunda daha gur metodlarla mübarizə aparmasına icazə verəcəklər” – deyə, Facebook səhifəsində yazan Xədicə İsmayıl, indi mitinq ərəfəsində saxlanılanlar barədə məlumatların toplanması və hüquq müdafiəsi ilə məşğul olmaq zamanı olduğunu əlavə edib.

İctimaiyyət nümayəndələri 2 yanvar tarixindən etibarən həbsdə olan və yeni ittihamlarla üzləşən Mehman Hüseynovun aclıq aksiyasına dəstək olaraq aclığa başlayıblar. Hal-hazırda bu aksiya Müsavat Partiyasının qərargahında davam edir.

XS
SM
MD
LG