Accessibility links

COVID-19 peyvəndi 1 noyabra hazır ola bilər


ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktik Mərkəzinin (CDC) bildirdiyinə görə, o, ölkənin 50 ştatına və bir neçə böyük şəhərinə koronavirus peyvəndinin prezident seçkilərindən iki gün əvvəl, noyabr ayının 1-nə qədər paylamağa hazır olacağı barədə məlumat verib.

Bu haqda ilk məlumat yayan McClatchy xəbər agentliyinin bildirdiyinə görə, mərkəz oktyabrın 1-dək peyvəndin planının hazırlanması üçün Səhiyyə Nazirliyinə 4 səhifəlik not göndərib. Bu, COVID-19 vaksininin tez bir zamanda buraxılmasını nəzərdə tutur.

The New York Times qəzeti Xəstəliklərə Nəzarət və Profilaktik Mərkəzinin direktoru Robert Redfilin peyvəndlə bağlı hazırladığı planın Nyu-York, Çikago, Filadelfiya, Hyuston və San-Antonio şəhərləri də olmaqla, ABŞ-ın bütün ictimai səhiyyə işçilərinə göndərildiyini bildirib.

Mərkəzinin sənədində deyilir ki, səhiyyə işçilərinin, uzun müddətli qayğı müəssisələri və digər vacib - milli təhlükəsizlik kimi idarələrin işçilərinin yeni peyvəndlə bağlı ilkin məlumat almaları prioritet olmalıdır.

The New York Times mərkəzin 65 və daha yaşlı amerikalılara, irqi və etnik azlıqlara, yerli amerikalı hindlilərə və məhbuslara da üstünlük verdiyini bildirib.

Doktor Redfield xəstəxanalar da daxil olmaqla, dövlət və yerli səhiyyə idarələrini Xəstəliklərə Nəzarət və Profilaktik Mərkəzinin peyvənd paylamaq üçün müqavilə bağladığı McKesson Corp. şirkətindən icazə üçün anketlər almağa çağırıb.

XS
SM
MD
LG