Accessibility links

Xalid Ağaliyev: Media azadlığı sahəsindəki durumu yaxşılaşdırmaq üçün hökumətin niyyəti yoxdur


Hökumətin media azadlığını yaxşılaşdırmaq niyyəti yoxdur
please wait

No media source currently available

0:00 0:05:27 0:00

media azadlığı sahəsindəki durumu yaxşılaşdırmaq üçün hökumətin niyyəti yoxdur

Media Hüququ İnstitutunun koordinatoru Xalid Ağəlıyev Amerikanın Səsinə müsahibəsində Azərbaycanda media hüquqları təşkilatlarının son durumu, ölkədə media azadlığı sahəsində yaranan problemlərin həll edilməsi yollarından danışıb.

Amerikanın Səsi: Xalid bəy əvvəllər mediaya və jurnalistlərə qarşı təhdidlər olanda media hüquqları təşkilatları müdafiəyə qalxırdı? Son dövrlər bu müşahidə edilmir. Sizcə səbəb nədir?

Xalid Ağalıyev: Ümumiyyətlə bilirsiniz ki, təxminən 5-6 il bundan öncə Azərbaycanda vətəndaş cəmiyyəti qurumlarına onların daxili hissəsi olaraq medianı müdafiə edən, medianın problemləri olanda onun yanında olan təşkilatlara da çox ciddi hücumlar oldu və bu hücumların bir nəticəsi bu oldu ki, o təşkilatların böyük bir hissəsi demək olar jurnalistləri real müdafiə edən təşkilatların hamısı sıradan çıxarıldı. Jurnalistə fərq qoymadan, jurnalistin siyasi yönümünü nəzərə almadan onları müdafiə edən təşkilatların hamısı sıradan çıxarıldı. Bunun təbii nəticəsi bundan ibarətdir ki, biz bu gün mediaya qarşı ciddi bir basqı olayı baş verdikdə onların səsini eşidə bilmirik. Amma mən deməzdim ki tamamilə bu sahədə səssizlikdi. Mən öz çevrəmdən götürüb demək istərdim ki, bizim dövrdən, 10-15 il ərzində ortaya çıxan media hüququ sahəsində olan vəkillər var, ekspertlər var. Mühitin imkan verdiyi dərəcədə jurnalistlərin müdafiəsində iştirak etməyə çalışırlar, onların üzləşdikləri problemlərin həll olunması üçün mümkün qədər səylər ortaya qoyurlar.

Amerikanın Səsi: Beynəlxalq media institutları Azərbaycanda mediayaya qarşı təzyiqlərin artmaqda davam etdiyini bildirir. Son illərdə bir çox saytlara girişə blok qoyulub, 6 jurnalist və bloger hələ də həbsdədir. Bu halların qarşısının alınması üçün hansı addımlar atılmalıdır?

Mühit dəyişmədən hər hansı irəliləyişə nail olmaq çox çətin məsələdir.


Xalid Ağalıyev: Çox təəssüflər olsun ki, Azərbaycanda təxminən 20 ilə yaxın bir dövr ərzində jurnalistlərə qarşı bu basqın, bu mühitin aradan qaldırılması üçün lazım olan addımlar atılmır. Məsələn bir 10 il bundan əvvəl Azərbaycanda həbsdə olan jurnalistlərin sayına görə Avropa məkanında, ATƏT məkanında birinci yerdə gedən ölkə idi. Bu rəsmləşmiş rəqəmlərdə yoxdur. Amma bir çox təşkilatların hesabatlarında bu ifadə olunub. Azərbaycanda jurnalistlərə qarşı fiziki, psixoloji basqıların sayına görə demək olar ki, Avropada bütün ölkələrdən öndə gəlir və ən pisi də budur ki, bizim qanunvericilikdə bu basqıların araşdırılması üçün mexanizmlər düşünülüb, nəzərdə tutulub. Amma bunun heç biri işləmir. Eyni zamanda jurnalistlərin həbs məsələsi. Adətən jurnalistləri həbs edəndə onlara qarşı ittihamlar onların peşə fəaliyyəti ilə bağlı olmur. Başqa şübhəli ittihamlarla həbs edilirlər. Mən onu vurğulamaq istəyirəm ki, son 20 ildə bu tendensiya dəyişmədən davam edir. Hazırda da dediyiniz kimi o rəqəmlər bizim gözlərimizin önündədi. Burada çıxış yolu ondan ibarətdir ki, hökumət ümumiyyətlə Azərbaycanda mediayaya münasibət dəyişməldir. Azad jurnalistikaya münasibət dəyişməlidir. Bir az öncə də qeyd etdiyim kimi qanunvericilikdə jurnalisti qoruyan mexanizmlər mövcuddu. Onlar işə salınmalıdır. İşə salınması üçün də mühit dəyişməlidir. Mühit dəyişmədən hər hansı irəliləyişə nail olmaq çox çətin məsələdir.

Amerikanın Səsi: Sizcə Azərbaycan hökumətinin media azadlığı sahəsində beynəlxalıq institutlarla əməkdaşlıq etməməsinin səbəbi nədir?

Xalid Ağalıyev: Ümumiyyətlə10 ildən artıqdır ki, beynəlxalq təşkilatların hesabatında Azərbaycan bu sahədə addım–addım geri gedir. Azərbaycanda media azadlığı sahəsində çox uzunmüddətli problemlər var. İllər boyu bu sahədə irəliləyiş əldə olunmursa bu ilk növbədə onu göstərir ki, media azadlığı sahəsindəki durumu yaxşılaşdırmaq üçün hökumətin niyyəti yoxdur. Bu niyyət ortada olmadığı zamanda təbiidir ki, hökumət bu sahədə çalışan beynəlxalq qrumlarla əməkdaşlıq əlaqələrinə də səy göstərməyəcək və biz o əməkdaşlıq əlaqələrinə də səy göstərməyəcək. Biz bu əməkdaşlıq əlaqələrin müşahidə edə bilməyəcəyik. Bu çox yalnış yoldur. İfadə azadlığı, media azadlığı sahəsində vəziyyəti irəliyə aparmaq üçün Azərbaycanı siyahılarda daha yaxşı yerlərə gəlməsini təmin etmək üçün həm beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələri qurmaq lazımdır. Həm də bu sahədə çalışan yerli təşkilatların fəaliyyətinin daha da fəallaşmasına təsir göstərən addımlar atmaq lazımdır. Bu da ilk növbədə birləşmə azadlığı sahəsində irəliləyişlər əldə olunmalıdır. Eyni zamanda əşkilatların fəaliyyət göstərməsi üçün müəyyən vəsaitlər əldə etməsi üçün 5-6 il bundan öncə yaradılmış qanuni mexanizmləri aradan qaldırmaq lazımdır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG