İranın Ali dini rəhbəri Ayətullah Xameneyi deyib ki, dünya qüdrətləri ilə nüvə danışıqları ABŞ-ın islam dövlətinə qarşı düşmən münasibət bəslədiyini nümayilş etdirir. “Nüvə danışıqları Amerikanın İran, iranlılar və müsəlmanlar əleyhinə olduğunu göstərir”-deyə o bildirib.
Ayətullah Xameneyi bu açıqlamanı Cenevrədə İran və Avropa İttifaqı ilə danışıqların başlamasından bir neçə saat əvvəl verib.
İran və Avropa İttifaqı arasında Cenevrə danışıqlarında noyabrı ayında Tehranın nüvə proqramı ilə əlaqədar əldə edilmiş razılığın həyata keçirilməsi üçün praktiki detalları müzakirə ediləcək. ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə yardımçısı Vendi Şerman danışıqlarda Birləşmiş Ştatları təmsil edir.
Nüvə proqramı ilə əlaqədar razılığın İranın suverenliyinin pozulması kimi qiymətləndirən sərt xətt tərəfdarı siyasətçilərin kəskin tənqidlərinə baxmayaraq, Ayətullah Xameneyi bundan əvvəl razılaımaya dəstəyini bildirmişdi.
Razılığa əsasən, İran ölkə iqtisadiyyatını zəiflətmiş beynəlxalq sanksiyaların yüngülləşdirilməsi müqabilində nüvə fəaliyyətlərini məhdudlaşdırmalıdır.
İran nüvə proqramının dinc xarakter daşıdığını iddia edir, lakin Qərb Tehranı nüvə silahı istehsal etməyə çalışmaqda ittiham edir.