Accessibility links

Xarabalıq İmperiyası


Xarabalıq İmperiyası
please wait

No media source currently available

0:00 0:02:45 0:00

Xarabalıq İmperiyası

Beş min kvadrat metrlik tullantı ərazisi köhnə, zədələnmiş avtomobillər, motosikletlər və qayıqlarla doldurulub. Kənar biri üçün bura çox kədərli mənzərədir. Ancaq Endi Kohen üçün bura əsl xəzinədir.

"Mən bütün həyatım boyu müxtəlif tullantılar yığmağı sevmişəm. Mən tullanılmamalı olan şeyləri təmir etməyi sevirəm."
Hər həftə təxminən 200 avtomobil bu qəbristanlığa gətirilir. Onlardan bəziləri hissələrə ayrılıb satılır, bəziləri təmir edilir, bəziləri isə sadəcə tullantı kimi saxlanılır. Endinin atası Bobbi 50 il əvvəl bu biznesi qurub və hələ də hər səhərini burada keçirir.

"Bu işin sevdiyim cəhəti odur ki, hər zaman əyləncə üçün nəsə tapırsan. İndi hər işdə rəqabət güclənib və internet də bizim işi çətinləşdirir. Amma yenə də bu iş çox əyləncəlidir." - deyə, Bobbi bildirib.

Ata ilə oğulun biznesə olan yanaşmaları da fərqlidir.

"Bizdə tullantı olmuş London taksisi var idi və bu atamın layihəsi idi. Amma mən istəmirdim atam onun üzərində işləsin. Atam isə məni əsəbləşdirmək üçün mənim ona dediklərimin tam əksini etdi. O, bu avtomobilə tonlarla pul qoydu, sonda isə avtomobil işə düşmədi." - deyə, Endi qeyd edib.

Bu qeyri-adi ailə biznesi televiziyaların da diqqətini cəlb edib. Discovery Channel şəbəkəsi Kohenlər haqqında "Junkyard Empire" adlı şou yayımlamağa başlayıb.

Köhnə avtomobillər haqqında olan, beş il davam edən, beş sezon və 60 bölümdən ibarət bu şou bütün dünyada məşhurlaşıb.

Həyat yolu Kohenin qəbirsanlığına sona çatan avtomobilləri başqa surprizlər gözləyir. Onların hər biri ikinci şansa layiq ola bilər.

Endi Kohen bu unikal avtomobili təkbaşına təmir etəsə də, onun bu avtomobillə ətrafda gəzmək şansı çox olmayıb. Çünki, avtomobilin parlaq görünüşünə baxmayaraq, mühərrikinin gücünün çıxardığı səs ətrafdakıları narahat edə bilər. Endi qonşularının bu səs-küyə dözməyəcəyindən narahatdır.

XS
SM
MD
LG