Xərçəng şişlərinin müəyyən formalarının məhvinin yeni yolu aşkar edilib.Cənubi Kaliforniya Universitetinin alimləri yüksək intensivliyə malik olan ultrasəsdən istifadə edir.
62 yaşlı Qari Fradkin bir neçə saat öncə böyrəyindəki xərçəngə görə cərrahiyyə əməliyyatından çıxıb. İdmançı Qari hərətəksizliyə alışmayıb. Yeni robot texnologiyası onun eyni gündə xəstəxananı tərk etməsinə yardım edib. “Yay başa çatdı. Mən sürfinq mövsümündən nə qaldısa, o qaldı. Çox xoşbəxtəm.”
Fradkin yüksək intensivliyə malik olan ultrasəslə müalicə edilən klinikadadır. Dr. İnderbirin dediyinə görə, proses bir sm-lik dəliklə həyata keçirilir.
Robot cihaz qarın nahiyəsində bədənə daxil olub. Şişi aşkarlayır və məhv edir.
"İlk dəfə olaraq monoterapiya, yəni əlavə heç bir prosedura əl atılmadan böyrək şişini zərərsizləşdirdik. Bu, şişin məhv edilməsi ilə yanaşı,cərahiyyə vaxtına qənaət, ağırlaşmalar riskinin azaldılması, böyrəyin funksiyasına təsir edilməməsi deməkdir.Xəstələr həmin gün evə göndərilir.”
Ənənəvi olaraq böyrək şişiləri çıxarılan xəstələr 3 gün xəstəxanada qalır.
“Böyrəyin qanla təminatı dayandırılır.Yalnız sonra şişlər çıxarılır. Bundan sonra qan təminatı bərpa edilir. Bu isə böyük miqdarda qan itilməsinə yol açır.Buna görə xəstələr xəstəxanada saxlanılır. Və onlar bir ay müddətinədək ehtiyatlı olmalıdır.”
Doktor Gill ultrasəslərin şişi bədəndən çıxarmadığını, onların zamanla əriməsini təmin etdiyini deyir. “İndi biz şişlərin nə qədər müddətə sorulduğunu müəyyən etməyə çalışırıq.”
Gill indi digər xəstələrin də bu metodla müaəlicə edilməsini istədiyini deyir. Bunun üçün şişlərin ölçüsü 4 sm. və ya daha kiçik olmalıdır. Həkim gələcəkdə ultrasəs üsulundan prostat, qara ciyər və mədəaltı vəzi xərçənglərinin də müalicəsində istifadə ediləcəyinə ümid bəsləyir.
Gary Fradkin isə bir neçə gündən sonra işə çıxmağı və sürfinq məşqlərinə geri qayıtmağı planlaşdırır.