Accessibility links

Xuan Quaydo ikigünlük nümayişlərə səsləyib


Venesuelanın özünü prezident elan edən müxalifət lideri Xuan Quaydo ordunu öz tərəfinə çəkmək üçün ikigünlük nümayişlərə səsləyib.

Çərşənbə günü 2 saatlıq dinc nümayişə cağıran lider nümayişçilərdən ordunu xalqı dəstəkləməyə təşviq etməsini istəyib.

Şənbə günü isə o, ölkənin hər bir tərəfində nümayiş keçirilərək, Avropa İttifaqının tələb etdiyi yeni seçkilərin istənilməsinə çağırıb.

Quaydo Maduro rejimindən imtina edən demokratiya tərəfdarı əsgərlərə amnistiya vəd edib.

"Venesuela əsgərləri, bu gün mən sizə əvvəllər olduğu kimi dinc nümayişçilərə təzyiq göstərməmək əmri veririəm” - deyə, Quaydo bildirib.

Venesuelada 5 ildir ki, davam edən iqtisadi böhran minlərlə insanın daha yaxşı həyat şəraiti üçün qonşu ölkələrə köçməsinə səbəb olub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG