Accessibility links

Son günlər eyni qaz kəmərində 3 dəfə yanğın olub


Qaz kəmərində partlayış

Bakının Qaradağ rayonu, Səngəçal qəsəbəsində qaz xəttində son günlər üçüncü dəfə yanğın olub.

Bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib.

Onun sözlərinə görə, hadisə yanvarın 10-da axşam saatlarında baş verib. “Qəza bundan öncə partlayış baş verən əraziyə yaxındır”, o bildirib.

Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat verilmir.

SOCAR hadisənin baş verməsini APA agentliyinə təsdiqləyib.

2016-cı il dekabrın 27-də və 2017-ci ilin yanvarın 2-də Səngəçal qəsəbəsi ərazisində qaz xəttində partlayış baş verib.

XS
SM
MD
LG