Accessibility links

Yaponiyada ölümcül istilik dalğası müşahidə edilir


Yaponiyada rekord səviyyədə, ölümcül istilik dalğası müşahidə edilir. Ölkənin müxtəlif yerlərində 30-a yaxın insanın öldüyü, minlərlə insanın xəstəxanalara yerləşdirildiyi bildirilir.

Rəsmilər insanlara istilik qurbanı olmamalı üçün çoxlu su içmələrini və hava kondisionerlərinin olduğu yerdən çıxmamalarını tövsiyə edirlər.

Yaponiyanın mərkəzində temperatur 40.9 dərəcəyə qədər qalxıb. Kioto şəhərində isə yeddi gün ərzində, davamlı olaraq 38 dərəcə istilik müşahidə edilib.

Artan hava temperaturu 2020-ci ildə Yay Olimpiya Oyunlarının Tokioda keçirilməsi ilə bağlı qərarın doğruluğunu sual altına qoyub.

Olimpiya təşfit komandasının rəhbəri Con Kots keçən həftə Tokioya səfər edərək, istiliyin təşkilatçılar üçün əlavə çətinliklər yaradacağını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG