Accessibility links

Yaponiyanın baş naziri ABŞ prezidenti ilə Pearl Harborda görüşməzdən əvvəl Havayda bir neçə memorial üzərinə əklil qoyaraq, 1941-ci ildə Yaponiyanın hücumu nəticəsində həlak olan 2400 insanın xatırəsini anıb.

Şinzo Abe memorialı ziyatət edn ilk yapon baş nazirdir. Ziyarətə baxmayaraq onun hücuma görə üzr istəməyəcəyi bildirilib. Bunun əvəzinə Abenin niyyəti ABŞ-Yaponiya münasibətlərinin İkinci Dünya Müharibəsindən sonra necə yaxşılaşdığını nümayiş etdirməkdir.

"Biz müharibənin dağıdıcı nəticələrini təkrar etməməliyik. Prezident Obama ilə bərabər dünyaya gələcəklə bağlı vədimiz və barışığın dəyərini anlatmağa çalışacağıq"- deyə baş nazir Yaponiyanı tərk etmədən öncə müxbirlərə bildirib.

Abe Milli Memorial Qəbiristanlığında ordu nümayəndələrinin məzarları önündə dayanıb.

Bu ziyarət Birləşmiş Ştatları İkinci Dünya Müharibəsinə qoşulmağa vadar edən hücumdan 75 il sonraya və Donald Trampın Birləşmiş Ştatların 45-ci prezidenti olmağına dörd həftə qalmış bir vaxta təsadüf edir.

Biz müharibənin dağıdıcı nəticələrini təkrar etməməliyik

6 ay əvvəl ABŞ prezidenti Barak Obama Yaponiyanın Hirosima şəhərində memorialı ziyarət edən ilk ABŞ prezidenti olmuşdu. 1945-ci ildə ABŞ dünyada ilk atom bombasını II Dünya Müharibəsinin sonunda məhz Hirosimaya atmışdı.

Obama da ABŞ-ın 1945-ci ildə yüz minlərlə mülki vətəndaşın ölümü ilə nəticələnən Naqasaki və Hiroşimaya atılan atom bombalarına görə də üzr istəməmişdi.

Ötən ay Abe Tramp prezident seçiləndən sonra onunla görüşən ilk dünya lideri oldu. Onların Nyu-York görüşündən sonra Abe Trampı “etibara layiq” lider adlandırmışdı.

Pearl Harboru 1951-ci ildə ziyarət edən son baş nazir Şiqeru Yoşida olmuşdu.

XS
SM
MD
LG