Accessibility links

Yaponiya parlamenti uşaq pornoqrafiya filmlərinin saxlanılmasının cinayət hesab edildiyi qanunu təsdiq edib


Yaponiya parlamenti illər uzunu davam edən beynəlxaq təyziqlərdən sonra uşaq pornoqrafik filmlərinin saxlanılmasının cinayət hesab ediliyi qanunu təsdiq edib.

Yeni qanuna görə uşaq pornoqrafiyası saxlamaqda təqsirli bilinən şəxs bir il həbs cəzasına məhkum ediləcək, ya da 10 min dollar cərimə ödəyəcək.

Yaponiya parlamentinin hüquq komitəsinin sədri Kiyohiro Akira bu qanunun çoxdan tətbiq edilməli olduğunu deyib.

Yaponiya inkişaf etmiş ölkələr arasında uşaq pornoqrafiyasının mövcud olduğu video materialların saxlanmasını qadağan etməyən yeganə ölkə idi. Yaponiya bu növ filmlərin istehsal və satışını 1999-cu ildə qadağan edib.

Bu qanun bəzən uşaqların seksual görüntüləri olan cizgi filmləri, kompyuter qrafikləri və ya manqo komikləri adlandırılıan animasiya tipli şəkillərə tətbiq edilməyəcək.

Qanun gələn aydan qüvvəyə minəcək.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG