Yaponiyanın paytaxtında yüzlərlə insan Şimali Koreyadan gələ biləcək ballistik raket hücumuna hazırlıq olaraq bazar günü təxliyə sınaq tədbirlərində iştirak ediblər.
Əyləncə parklarından birində keçirilən evakuasiya tədbirində əvvəlcə səsgücləndirici vasitəsilə parkdakı iştirakçılara elan verilib.
Mən bu cür təlimdə iştirak etmək istəmirəm. Bu, müharibəni təşviq edir.İkie Kamioka, təqaüdçü
“Əldə etdiyimiz məlumata görə, ballistik mərmi atılıb. Xahiş edirik sakit bir şəkildə ərazini boşaldaraq, binanın içərisinə və ya zirzəmiyə daxil olun,” elanda deyilib.
Keçən il ölkənin bəzi bölgələrində buna bənzər evakuasiya tədbirləri bir neçə dəfə keçirilsə də, paytaxt Tokioda ilk belə təxliyə tədbiridir.
Yaponiyanın qonşuluğunda yerləşən Şimali Koreya özünün raket sınağı proqlamının bir hissəsi olaraq Yaponiya yaxınlığında dənizə müxtəlif vaxtlarda ballistik raketlər atıb.
Zəlzələlərin tez-tez baş verdiyi Yaponiyada əhali təbii fəlakət üzrə təlimlərə öyrəşib. Lakin bəzi sakinlər bu təlimə etiraz edirlər.
77 yaşlı təqaüdə çıxmış məktəb müəlliməsi İkie Kamioka təlimə qarşı etiraz nümayişinə çıxıb.
"Mən bu cür təlimdə iştirak etmək istəmirəm. Bu, müharibəni təşviq edir," deyə o Agence France Press xəbər agentliyinə bildirib. "Belə bir müharibə olsa, ondan heç kəs sağ çıxmayacaq. Nüvə müharibəsi hər şeyi dağıdacaq."