Accessibility links

Yoşihide Suqa Yaponiyanın baş naziri olmaq üçün səsverməni qazandı


Yoşihide Suqa bazar ertəsi Yaponiyanın hakim partiyasının yeni rəhbəri seçilib. Bu, ona faktiki olaraq parlament seçkilərində ölkənin növbəti baş naziri olmasına zəmanət verir.

Keçən ay səhhətindəki problemlər səbəbi ilə istefa verdiyini bəyan edən Baş Nazir Şinzo Abenin yerinə bir xələf seçmək üçün hakim Liberal Demokrat Partiyasının keçirdiyi seçkilərdə Suqa 377 səs toplayıb. Digər iki namizəd isə cəmi 157 səs qazana bilib.

Hazırda Abe hökumətinin Nazirlər Kabinetiin baş katibi olan Suqanın partiyadakı səsvermədə gözlənilən qələbəsi Liberal Demokratların hakim koalisiyası tərəfindən səs çoxluğu ilə onun çərşənbə günü keçiriləcək parlament səsverməsində seçilməsini təmin edir.

Kampaniyanın əvvəlində Suqa Abenin siyasətini davam etdirəcəyinə ümid edən partiyanın və qanadının yüksək səviyyəli üzvlərinin dəstəyini qazanıb. Lakin onun bu tam qələbəsinin bir anlaşma olduğunun ortaya çıxması partiya daxilində və xaricində prosesin qeyri-demokratik və qaranlıq olduğu kimi tənqidlərə səbəb olub.

Belə görünür ki, bağlı qapılar arxasındakı siyasi sövdələşmə bəzi millət vəkillərinin partiya daxilində və Nazirlər Kabinetində yüksək vəzifələr almaq ümidi ilə Suqanı dəstəkləməsinə səbəb olub.

Suqa əsas prioritetlərinin koronavirusla mübarizə və pandemiyaya məruz qalan iqtisadiyyatın yenidən dirçəlişi olduğunu deyib.

Şərhlərə bax

XS
SM
MD
LG