Yaponya və Cənubi Koreya rəsmiləri bildirib ki, təyyarələri Çinin yeni elan etdiyi Şərqi Çin dənizi üzərindəki hava müdafiə sahəsində uçuş həyata keçirib.
Hər iki ölkənin rəsmiləri mübahisəli hava sahəsində uçuş barədə Çinə xəbərdarlıq vermədiklərini deyib.
Çin keçən şənbə günü Şərqi Çin dənizi üzərindəki hava sahəsini "Hava Müdafiə Sahəsi" elan edib.
Şərq dənizində yerləşən adalar Çinin ona məxsus olduğunu iddia etməsinə baxmayaraq Yaponya tərəfindən nəzarət olunur.
Birləşmiş Ştatlar silahsız B-52 bombardıman təyyarəsinin Çinə xəbərdarlıq etmədən həmin hava məkanına daxil olduğunu bildirib.
ABŞ və Yaponyanın özünə məxsus hava müdafiə sahələri mövcuddur. Bu sahələrdən keçmək istəyən təyyarələrin xəbərdarlıq etdikdən sonra uçuşuna icazə verilir.