Accessibility links

Yardım qolbağı [Video]


Yardım qolbağı
please wait
Embed

No media source currently available

0:00 0:01:41 0:00

Yaşlı insanların yardıma ehtiyacları olduğu zaman polis və ya təcili tibbi yardımı çağırmaq üçün istifadə etdikləri panika düymələri ölümlə yaşam arasındakı seçimdir. İndi isə içinə mobil telefon və GPS sistemi yerləşdirilmiş yeni qolbaq panika düymələrini əvəzləyə bilər. Bu qolbaqdan isə təkcə yaşlılar deyil, yardıma ehtiyacı olan hər kəs istifadə edə bilər.

Hazırda təhlükəsizlik siqnallarının çoxu düyməni basmaqla işə düşür. Bu siqnalların 80 faizi isə yanlış olur. Ona görə də mən bu qolbağı elə hazırladım ki, o, sıxılanda işə düşsün. Bundan əlavə isə bir düymə əvəzinə iki düymə yerləşdirdim ki, birinə yanlışlıqla basanda siqnal getməsin.
Hanne Pallson

Bu, yeni ziynət əşyasına bənzədilə bilər. Amma bu, elə-belə qolbaq deyil. Bu qolbağın içində mobil telefon və GPS sistemi var. İsveçli ixtiraçı Hanne Palsson deyir ki, yeni patent aldığı silikon qolbaq sıxılanda işə düşür.

“Qolbağın üzərində qırmızı işıq yanır. Bu o deməkdir ki, qolbaqdakı telefon əvvəlcədən proqramlaşdırılmış yeddi müxəlif telefon nömrələrindən sənin seçdiyin nömrəni yığır. Zəng etdiyin insan telefonu götürəndə işıq yaşıla dönür və beləliklə sən bilirsən ki, artıq yardım yoldadır”, Pallson deyir.

Cihaz həm zəng edir, həm mesaj göndərir.

“Onlara sənin olduğun yerin GPS məlumatları göndərilir. Bundan əlavə zəng çalınanda qolbaqdakı mikrofon və reproduktor aktivləşir. Beləcə sən zəng etdiyin insan qolbaq ətrafında baş verən hər şeyi eşidir. Sən o insanla danışa bilərsən, çünki reproduktor vasitəsilə onu eşidə bilirsən”, deyə Pallson bildirir.

Pallson deyir ki, cihazın bir başqa üstün cəhəti ondan ibarətdir ki, cihaz elə düzəldilib ki, onu yalnışlıqla aktivləşdirmək çətindir.

“Hazırda təhlükəsizlik siqnallarının çoxu düyməni basmaqla işə düşür. Bu siqnalların 80 faizi isə yanlış olur. Ona görə də mən bu qolbağı elə hazırladım ki, o, sıxılanda işə düşsün. Bundan əlavə isə bir düymə əvəzinə iki düymə yerləşdirdim ki, birinə yanlışlıqla basanda siqnal getməsin.”

Highlight qolbağı
Highlight qolbağı

Qolbaq təkcə yaşlılar üçün nəzərdə tutulmayıb.

“Şahid qorunma, cinayətin əngəllənməsi proqramlarında iştirak edənlər, uşaq bağçalarında və ya meşə kimi ekstremal mühitdə işləyən insanlar da bundan istifadə edə bilər”, o söyləyir.

Palsson qolbağı gələn il artıq bazara çıxarmağa ümid edir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG