BMT-nin yardım agentlikləri artıq üç həftədən sonra musson yağışlarının nə dərəcədə böhrana səbəb olduğunu təxmin edilə biləcəyini deyirlər. BMT agentliklərinin dediyinə görə, sellərin azaldığı bəzi ərazilərdə dağıntıların miqyası aşkar edilməkdədir. Agentliklər digər bölgələrdə hələ də sellərin evləri və kəndləri dağıdaraq, baş alıb getdiyini bildirirlər. Məlumatlarda sellərin 20 milyon insanı təsirinə məruz qoyduğu, onlardan 8 milyonunun təcili olaraq çadırlara, ərzağa və dərmana ehtiyacı olduğu bildirilir.
Dünya Səhiyə Təşkilatı suyun çatışmazlığı və xəstəliklərin yayılması barədə xəbərdarlıq edir. Təşkilat işməli su və ərzaq çatışmazlığının, eləcə də anti-sanitariyanın xəstəliklərin artmasına və sürətlə yayılmasına səbəb olduğunu bildirir.
Dünya Səhiyyə Təşkilatı səhiyyə layihələrinə 56 milyon dollar ayırıb ki, bu da lazım olan yardımın təkcə 20 faizidir. Təşkilat daha çox yardım vəsaitlərinə ehtiyac olduğunu deyir.