Accessibility links

Yaxın Şərqdəki gərginliklərin qlobal neft bazarına təsirləri


Yaxın Şərqdəki gərginliklərin qlobal neft bazarına təsirləri
please wait

No media source currently available

0:00 0:02:33 0:00

Sərmayeçilər Birləşmiş Ştatlarla İran arasındakı gərginliyi yaxından izləyir. İran generalı Qasım Süleymaninin öldürülməsindən sonra neftin qiyməti dəyişməyə başlasa da, ümumilikdə sabit olaraq qalır.

İran çərşənbə günü İraqda ABŞ-ın başçılıq etdiyi qüvvələrə raketlər atandan sonra neftin qiyməti qısa müddətliyinə son dörd aydakı ən yüksək səviyyəyə artdı, lakin prezident Tramp çıxış edib, bundan sonra hərbi əməliyyatların məhdud olaçağını söyləyəndən sonra düşdü.

Ümumilikdə neftin qiyməti son on iki ayda Yaxın Şərqdə gərginliklər səbəbilə artıb.

Birləşmiş Ştatlar şist neftinin əsas ixracatçısı və təchizatçısı olaraq qlobal neft bazarının tərkibini dəyişib. Fikrimcə indi investorlar düşünür ki, xam neftin qlobal təchizatı kəskin dəyişməyəcək.
Mark Hamrik

Hazırda investorlar çox ehtiyat və neftin hasilatına səbəb ola biləcək potensial gərginliyin olub-olmayacağını sual edirlər.

“Bazar bu hadisələrə ehtiyatla reaksiya verir, çünki gərginliyin ola biləcəyinə dair narahatlıq mövcuddur, eyni zamanda iqtisadiyyatın istimaqətinin dəyişməsinə səbəb ola biləcək hadisənin baş vermədiyini də anlayır”, təhlilçi Mark Hamrik bildirir.

Bazar təhlilçiləri deyir ki, qeyri-müəyyən qlobal siyasi hadisələr fonunda neftin qiymətinin sabit qalmasına bir amil səbəb olub.

“Birləşmiş Ştatlar şist neftinin əsas ixracatçısı və təchizatçısı olaraq qlobal neft bazarının tərkibini dəyişib. Fikrimcə, indi investorlar düşünür ki, xam neftin qlobal təchizatı kəskin dəyişməyəcək”, Mark Hamrik söyləyir.

Birləşmiş Ştatların bazardakı neftin 18 faizini təchiz etməsinə və hazırda dünyanın ən böyük neft hasilatçısı olmasına baxmayaraq investorlar narahatdır ki, Yaxın Şərqdəki gərginliklər neft qiymətinə təsir göstərə bilər.

“Neft qlobal səviyyədə alınıb satılan bir məhsuldur. Baxmayaraq ki, Birləşmiş Ştatlar neftlə zəngindir, Yaxın Şərqdə neft hasilatında hər hansı azalma ABŞ istehlakçılarına təsir göstərə bilər”, RBC Capital Markets-dən Helima Kroft deyir.

İranın qisas almaq təhdidləri potensial kiberhücumlar və ya Yaxın Şərqdəki neft istehsal edən təsislərə hərbi hücumlarla bağlı narahatlıqları artırıb.

Yaxın Şərq dünyadakı ən böyük neft istehsal edən region olmaqdan və qlobal neftin 30 faizini təchiz etməkdən əlavə həm də digər regionlarda hasilatda kəsintilər olduğu halda daha çox neft hasil etmək imkanlarına malikdir.

“Səudiyyə Ərəbistanı ən çox ehtiyata sahib ölkədir. Onların rəsmi olaraq günlük 12.5 milyon barel neft istehsal etmək imkanları var, amma hazırda 10 milyon bareldən az istehsal edirlər. Bir neçə digər OPEC üzvü, məsələn Küveyt və BƏƏ-nin də əlavə neft hasil etmə imkanı var”, Helima Kroft bildirir.

Hələ ki, neft hasilatçıları təchizatda azalmanın olmayacağına ümid edir, çünki bu, qlobal iqtisadi artıma ziyan vura bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG