Üzərində bomba olan intiharçı və silahlı şəxslərin Yəmənin Daxili İşlər Nazirliyinə hücumu zamanı azı 52 nəfər ölüb. Rəsmilər hücum zamanı əvvəlcə intiharçının bombanı partlatdığını, bundan sonra silahlılarla təhlükəsizlik qüvvələri arasında atışma baş verdiyini bildirib. Müdafiə Nazirliyinin məlumatında deyilir ki, silahlıların çoxu öldürülüb, vəziyyət nəzarət altındadır.
Məlumatda eləcə də, hücum zamanı xəstəxanaya ciddi ziyan dəydiyi bildirilir. Şahidlərdən biri milli televiziyaya verdiyi müsahibəsində partlayıcı qurğuların binaya atıldığını gözləri ilə gördüyünü deyib.
Hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb.