Accessibility links

Yeni Hollivud Filmləri: Hangover (video)


Yeni Hollivud Filmləri: Hangover (video)

Hangover filminin 2-ci seriyasında Phil, Stu, Alan və Doug bu dəfə Stu-nun toyuna, ekzotik Taylanda səfər edirlər. Birinci seriyada oglanların toyqabağı LasVeqasa səfəri zamanı başlarına gələn unudulmaz hadisələrdən sonra Stu işini möhkəm tutaraq dostları ilə keçirəcəyi toyqabağı ziyafət üçün bu dəfə təhlükəsiz və ehtibarlı yer seçir. Təəsüf ki, işlər həmişə plan üzrə getmir. Necə deyərlər Veqasda baş verənlər Veqasda qala bilər, Banqkokda baş verən hadisələri isə təsəvvür belə etmək mümkün deyil. 2009-cu ildə çəkilmiş, tarixdə ən yüksək gəlir gətirən yaş məhdudiyyətli `The Hangover` filminin 1-ci hissəsi komediya filmi və ya myuzikl kimi Qızıl Qlobus mükafatı da alıb. `Filmin 2-ci hissəsi rejissor Todd Phillips tərəfindən çəkilib. 1-ci hissədə olduğu kimi 2-ci hissədə də baş rollarda Bradley Cooper, Ed Helms, Zach Galifianakis və Justin Bartha çəkilib. Onu da qeyd edim ki, Jeffrey Tambor, Ken Jeong və Mike Tyson növbəti seriyada da iştirak edirlər.

Hangover filminin 2-ci seriyasında aktyor Ed Helms Stu obrazını çox gözəl yaradıb. Mütləq tam filmi izləyin!

`The Hangover` Banqkokda

XS
SM
MD
LG