Accessibility links

Donald Tramp düşmənlərini və “saxta xəbər mediası”nı Yeni il münasibəti ilə təbrik edib


ABŞ prezidenti Donald Tramp Twitter-də dostlarını, tərəfdarlarını, eləcə də düşmənlərini və “saxta xəbər mediası”nı Yeni il münasibəti ilə təbrik edib.

“Amerikanı yenidən böyük və bunu hamının düşündüyündən daha sürətli edəcəyik”,- prezident əlavə edib.

ABŞ-ın bir sıra media orqanları - CNN, The New York Times, ABC, The Washington Post prezidentin hərəkətlərini tənqid edirlər. Özəlliklə də media Trampın seçki kampaniyasının Moskva ilə mümkün əlaqələrinə həssaslıqla yanaşır, ABŞ kəşfiyyat orqanlarının apardığı araşdırmanı diqqətlə izləyirlər. Tramp isə dəfələrlə medianı “saxta xəbərlər” yaymaqda suçlayıb.

Tramp ən çox CNN televiziyasına mənfi yanaşır. CNN ABŞ-da əsas xəbər mənbələrindən sayılır. “Dünya onlardan həqiqət eşitmir”, - Tramp Twitter-də yazıb.

Donald Tramp dəfələrlə elan edib ki, seçki kampaniyası ilə Kreml arasında heç bir bağlantı olmayıb. Moskva xarici ölkələrdə seçkilərə bağlılığı barədə deyilənləri qətiyyətlə təkzib edir.

XS
SM
MD
LG