Accessibility links

Yens Stoltenberq: Şimali Makedoniyanın NATO-ya üzvlüyü Gürcüstan üçün “güclü siqnal” ola bilər


NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, Şimali Makedoniyanın quruma üzvlüyü Gürcüstan üçün “güclü siqnal” ola bilər.

Şimali Makedoniya Respublikası fevralın 6-da alyansa üzvlük barədə protokolu imzalayıb.

“Bütün ktriteriyalara əməl etdikdən sonra NATO-nun qapıları Gürcüstan üçün açıqdır. Bugünkü tədbir Gürcüstana güclü siqnaldır. Alyansı Gürcüstanda aparılan islahatlar, müdafiə və təhlükəsizlik təsisatlarını gücləndirməsi məmnun edir. NATO-ya üzvlük yolunda Gürcüstanı dəstəkləyəcəyik”, deyə baş katib bildirib.

Rəsmi Tbilisi 9 ildən artıqdır alyansa qoşulmaq istəyir.

Gürcüstana 2008-ci ildə Buxarestdə keçirilən NATO sammitində “bir gün bu alyansın üzvü olacağına” dair vəd verilib. Bosniyadan fərqli olaraq Gürcüstan indiyədək NATO-ya 10 dəfə “İllik Milli Proqram” təqdim edib, amma “Üzvlük üçün Hərəkət Planı” Tbilisi üçün hələ də əlçatmaz olaraq qalır.

NATO Gürcüstana onun özünü müdafiə edə bilməsi üçün dəstək öhdəliyinə hələ də sadiq qalır və mart ayında bu ölkədə özünün ən böyük hərbi manevrlərini keçirəcək.

Buna baxmayaraq alyansın bir çox üzvü Tbilisinin NATO üzvlüyünə qəbul olunmasının Moskvanı hiddətləndirəcəyini deyən Almaniya və Fransanın arxasında gizlənirlər.

Tbilisinin “Qərbi Almaniya” modelini seçməsi kimi variant da var. Bu halda Tbilisi bir vaxtlar Almaniya özünün şərq hissəsindən imtina etməklə NATO-ya qoşulduğu kimi, Abxaziya və Cənubi Osetiyadan birdəfəlik əl çəkməklə alyansa üzv ola bilər. Lakin NATO üzvlərini hətta bu variant da tam qane etmir.

NATO rəsmiləri şəxsi söhbətlərində deyirlər ki, Gürcüstan özünün insan haqları və qanunun aliliyi ilə bağlı vəziyyətini “Qərbi Almaniya” standartlarına qaldırsa, daha yaxşı olardı.

Hazırda NATO-ya qoşulmaq niyyətini rəsmi elan etmiş üç ölkə var. Bunlar Bosniya, Gürcüstan və Ukraynadır. Bu üçlüyün arasında Bosniya daha real namizəddir, çünki ona NATO tərəfindən “Üzvlük üçün Hərəkət Planı” (Membership Action Plan) deyilən sənəd təqdim olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG