Yəmən prezidenti istefa verdiyi təqdirdə ölkənin bir hissəsinin Əl-Qaidənin əlinə keçəcəyi barədə xəbərdarlıq verib. Əli Abdulla Saleh bildirib ki, Hadramit, Şəbvavə və Əbyan daxil edilməklə, Yəmənin bir sıra vilayəti terrorçuların nəzarətinə keçə bilər. Amerika və Avropa İttifaqındakı dostlarına üz tutan prezident Yəməndə vəziyyətin hazırkı durumdan da pis olacağı barədə xəbərdarlıq verib. Körfəz Əməkdaşlıq Şurasının Yəməndə iğtişaşlara son qoyumasına dair razılıq bu gün müxalifət, sabah isə prezident tərəfindən imzalanmalıdır. Razılığa əsasən prezident 30 gün ərzində istefa versə, məsuliyyətə cəlb edilməyəcək.
Yəmən prezidenti istefa verdiyi təqdirdə ölkənin bir hissəsinin Əl-Qaidənin əlinə keçəcəyi barədə xəbərdarlıq verib
- Amerikanın səsi