Accessibility links

Qızıldaş sakinləri yol qəzasına etiraz edir


Qızıldaş qəsəbəsində etiraz aksiyası (Fotolar musavat.com saytından götürülüb)
Qızıldaş qəsəbəsində etiraz aksiyası (Fotolar musavat.com saytından götürülüb)

İki avtomobilin toqquşmasında 8 nəfər ölüb

Bakının Qızıldaş qəsəbəsinin sakinləri dekabrın 28-də Bakı-Şamaxı yolundan baş verən dəhşətli yol qəzasında ölən həmyerliləri ilə bağlı dekabrın 30-da aksiya keçiriblər.

Dekabrın 28-də Bakı şəhər sakini Nurlan Qasımov və Ağsu rayon sakini İnqilab Hacıəliyevin idarə etdikləri "VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə avtomobillərdə olan 8 nəfər ölüb. Yerli sakinlər yol qəzasına Yol Patrul Xidmətinin əməkdaşlarının avtomobili təqib etməsi səbəb olduğunu iddia edir. Polis isə hazırda araşdırma aparıldığını bildirib.

Musavat.com saytının məlumatına görə, bu gün Bakının Qızıldaş qəsəbəsinin 100-dən çox sakini Yol Patrul Xidmətinin hadisəyə səbəb olan əməkdaşlarının cəzalandırılmasını tələbi ilə etiraz aksiyası keçirib.

Qaradağ rayon Polis İdarəsinin rəisi İntiqam Mirsalayevin Musavat.com bildirdiyinə görə, narazı sakinlər dinlənilib, araşdırmalar əsasında hadisənin günahkarları barəsində hüquqi tədbir görüləcək.

Dekabrın 29-da isə Qobustan rayonu Cəngi qəsəbəsinin sakinləri bu qəzaya Yol Patrul Xidməti əməkdaşlarının səbəb olmasına etiraz olaraq aksiya keçirib, Bakı-Şamaxı avtomobil yolunu bağlayıb. Qəzada ölənlərin 3 nəfəri Cəngi qəsəbəsinin sakinləridir.
XS
SM
MD
LG