Accessibility links

Yumşaq yoxsa sərt Brexit?


Yumşaq yoxsa sərt Brexit?
please wait

No media source currently available

0:00 0:02:51 0:00

Britaniyanın Avropa İttifaqından ayrılması üçün ona tanınan son möhlət tarixi, yəni 29 mart, 2019-cu il yaxınlaşdığı üçün, Britaniyada ictimaiyyətin diqqəti yumşaq və ya sərt Brexit arasında seçimə yönəlir.

Yumşaq Brexit baş verdiyi halda, Britaniya vahid Aİ bazarında, gömrük ittifaqında ya da hər ikisində qalacaq və Avropa İttifaqı ilə yaxın münasibətləri saxlayacaq. Lakin bu təqdirdə ölkə Avropa İttifaqına böyük miqdarda pul ödəməyə, bəzi Aİ qaydalarına əməl etməyə və mümkündür hətta insanların ittifaq daxilində azad hərəkət hüquqlarını qəbul etməyə davam edəcək.

Brexit tərəfdarı
Brexit tərəfdarı

Sərt Brexit isə o deməkdir ki, Britaniya vahid bazara və gömrük ittifaqına çıxışdan imtina edəcək və hazırda Aİ ilə Britaniya arasında mövcud əlaqələrin yalnız bir hissəsi davam edəcək.

2016-cı ildə keçirilən Brexit referendumunda Aİ-da qalmağı dəstəkləyənlər iddia edirdi ki, vahid Aİ bazarı olmadan Britaniya iqtisadiyyatına böyük ziyan vurulacaq, ittifaqdan çıxmağı dəstəkləyənlər isə Britaniyanın bir çox sənayedə üstünlüyə sahib olduğunu və ölkə iqtisadiyyatının Avropa İttifaqı kimi bir yükdən qurtulacağını, habelə insanlar və pulun ittifaq daxilində azad şəkildə hərəkət etməsinin ölkə təhlükəsizliyinə ciddi hədə olduğunu təkid edirdi.

Brexit-i dəstəkləyənlər ənənəvi sənayelərdə çalışan insanlardan ibarətdir. İttifaqda qalmağın lehinə səs verənlər isə daha çox şəhərlərdə yaşayan və xidmət sektorunda çalışan insanlardır.

Ümumilikdə hər iki tərəfi dəstəkləyənlərin sayı demək olar eynidir, lakin referedumda Brexit tərəfdarları cüzi fərqlə qalib gəldi.

İctimaiyyətin tutarlı mövqelərindən fərqli olaraq, Britaniyanın siyasi partiyaları mövqelərində dəyişikliklər edib.

Məsələn, Britaniyanın baş naziri və Brexitin qəti tərəfdarı Tereza Mey artıq daha çox yumşaq Brexiti dəstəkləyir. Leyboristlər partiyasının lideri Ceremi Korbin də daha öncə ittifaqda qalmağı dəstəkləsə də, artıq yumşaq Brexiti dəstəkləyir.

Tereza Mey
Tereza Mey

Təhlilçilər deyir ki, sərt Brexit nəticəsində Britaniya iqtisadiyyatı qısa müddət ərzində çox böyük zərbələrə məruz qalacaq. Lakin Tereza Meyin Nyu York çıxışında dediyi kimi, 2019 Britaniya xalqının ziddiyətlərini kənara qoyub, avropalı qonşular ilə yeni daha güclü münasibət qurmaq və qlobal səhnədə ticarət edən tərəfdaş olmaq üçün birlikdə irəlilədikləri il ola bilər. Beləcə, qısa müddətli zərbələrdən sonra ölkə iqtisadiyyatını yeni səviyyə çıxarmaq imkanlarından faydalana bilər. Bundan əlavə hazırda Britaniya ixraclarının yarısı yüksək qiymətlə Avropa İttifaqına göndərildiyi üçün, ittifaqı tərk edəndən sonra ölkə öz mənfəətlərini nəzərə alaraq qlobal bazara daxil ola bilər.

Lakin əgər Britaniya sərt Brexit nəticəsində böyük zərbə almaqdan qaçınmaq və Avropa İttifaqının vahid bazarında öz statusunu qoruyub-saxlamaq istəyirsə, ittifaqın tələblərini qəbul edə bilər.

Brexit-in yumşaq və ya sərt olmasından asılı olmayaraq Britaniyanın ölkəni hazırkı və gözlənilən çətinlərklərdən çıxaracaq qətiyyətli liderə ehtiyacı var. Lakin siyasi sistem səbəbilə bu, qeyri-mümkün görünür. Bundan əlavə isə ölkə çarə tapmaq üçün son möhlət tarixində avtomatik olaraq ittifaqdan çıxarılmağı da gözləyə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG