Accessibility links

Yunanıstan beynəlxalq yardım proqramını başa çatdırdı


“2010-cu ildən bəri ilk dəfə olaraq Yunanıstan öz ayaqlarının üzərində dura bilir” – deyə, Afina bazar ertəsi sonuncu üç illik beynəlxalq yardım proqramını bitirərkən Avropa Sabitlik Mexanizmi adlı yardım fondu bildirib.

“Biz bu gün ASM proqramını heç bir əlavə yardım proqramı olmadan başa çatdırırıq”, ASM-nin idarəçilər heyətinin sədri bəyanatda bildirib.

"Bu, Yunanıstan xalqının qeyri-adi səylərinin, Yunanıstanın hazırkı höküməti ilə yaxşı əməkdaşlıq və Avropa tərəfdaşlarının kredit və borcları bağışlama vasitəsilə yardımı hesabına mümkün oldu", bəyanatda qeyd edilib.

ASM 2015-ci ilin avqusutunda ölkəyə borc böhranı ilə yardım etmək məqsədilə razılıq əldə edəndən sonra son üç il ərzində Yunanıstana 71 milyard dollar pul ayırıb.

Kredit proqramının başa çatması Yunanıstan üçün böyük nailiyyətdir, amma ölkə iqtisadi sabitliyini geri qazanmaq üçün hələ də mübarizə aparmalıdır.

Yunanıstan 2010-cu ildən nəhəng borclar, sərmaye itkiləri və yüksək işsizlik səviyyəsi səbəbilə defolt riski ilə üzləşirdi. Avropa İttifaqı və Beynəlxalq Valyuta Fondu üç ayrı yardım paketi vasitəsilə Yunanıstana ümumilikdə 300 milayrd dollarlıq yardım ayırıb. Bunun müqabilində Afinadan ciddi qənaətə ehtiyac olan tədbirlər və islahatların həyata keçirilməsi tələb olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG