Accessibility links

Yunanıstanda COVİD-ə yoluxma halları yenidən artıb


Yunanıstanda üç ay əvvəlki ümummilli məhdudiyyətlərdən bəri COVID-19-a ən yüksək yoluxma halları qeydə alınıb. Avropanın digər ölkələrinə nisbətən virusun xeyli dərəcədə zəiflədiyi bu ölkə turistlərin yenidən ziyarətinə icazə vermişdi. Lakin indi hökumət yoluxanların sayının kəskin şəkildə artmasında əsasən ehtiyatsızlıqla ünsiyyət quran və məsuliyyətsiz davranan gənc yunanları günahlandırır. Rəsmilər Yunanıstanın da bu ilin əvvəlində İtaliyada olduğu kimi bir neçə həftə dəhşət yaşaya bilməsindən qorxur.

Son bir neçə ayda COVID-19-a yalnız 3000-ə yaxın insanın yoluxduğu bu ölkədə çərşənbə axşamı 121 yeni hal qeydə alınıb ki, bu da həyəcan təbili çalınmasına səbəb olub.

Koronavirus əyrisini müvəffəqiyyətlə düzəltdiyini iddia edən Yunanıstanda 70 gün sonra yenidən narahatlıqlar baş qaldırıb. Yoluxucu xəstəliklər üzrə mütəxəssislər və Yunanıstan hökumətini tibbi reaksiya qrupunun rəhbəri Sotiris Tsiodras kəskin xəbərdarlıqla çıxış etməyə məcbur olub.

Tsiodras hazırda vəziyyətin təhlükəli olduğunu deyib. O, yunanların bunun ciddiliyini başa düşməli olduqlarını, bu `yanğının` taleyinin onların əlində olduğunu bildirib.

Tsiodras onu da əlavə edib ki, insanlar istədikləri kimi davranarlarsa, ölkədə asanlıqla və tez bir zamanda İtaliyaya bənzər bir bəla baş qaldıra bilər.

XS
SM
MD
LG