Accessibility links

Yunanlar 'Makedoniya' adının müdafiəsinə qalxıb


Əllərində Yunanıstan bayraqları dalğalandıran on minlərlə insan bazar günü Saloniki şəhərinin küçələrinə çıxaraq, ölkələrinin şimal vilayətinin Makedoniya adı ilə çağırılması məsələsində kompromisə getməməyi tələb ediblər.

Təşkilatçıların nümayişçilərin sayının daha çox olduğunu deməsinə baxmayaraq, polis yürüşdə 90,000 insanın iştirak etdiyini bildirib.

Mən yunan makedoniyalıyam. Mən bu nümayişə ona görə qatılmışam ki, bütün dünyaya Makedoniyanın yunan olduğunu deyəm.

Makedoniya 1991-ci ildə Yuqoslaviyadan müstəqillik əldə etməsindən sonra Makedoniya adından kimin istfadə edəcəyi mübahisə mövzusudur.

Yunanlar Makedoniya adından istfadəni yunan tarixinə təhqir kimi yozur və bu adın istifadəsinə Yunanıstana ərazi iddiası kimi baxırlar.

"Mən yunan makedoniyalıyam. Mən bu nümayişə ona görə qatılmışam ki, bütün dünyaya Makedoniyanın yunan olduğunu deyim. Biz nə qədər yaşayırıqsa, qışqırmaqda davam edəcəyik. Heç kəs bizdən Makedoniya adını ala bilməz," deyə nümayiş iştirakçısı Kostas Konstantinides bildirib.

Yürüşdə iştirak edənlərdən bəziləri Makedoniyalı İsgəndərin dönəmində geyilən kostyumlar geyiniblər.

Bazar gününün nümayişi əsasən dinc keçib. Lakin bəzi hallrda ixtilaf baş qaldıranda polis müdaxilə edib.

XS
SM
MD
LG