Accessibility links

Yunanıstan və Türkiyədə zəlzələ baş verib


Bazar ertəsi Yunanıstanın Lesbos adasında 6,3 bal gücündə zəlzələ baş verib. Nəticədə 1 nəfər həyatını itirib, 10 nəfər yaralanıb.

Lesbosun meri Spiros Qalinos deyir ki, zəlzələnin ən çox hiss edildiyi cənubda yerləşən Vrisa kəndində bir qadın evinin damının çokməsi nəticəsində dağıntılar arasında qalaraq dünyasını dəyişib. Kənddə bir neçə bina dağılıb, dağıntılar isə yolları bağlayıb.

Zəlzələnin episentri
Zəlzələnin episentri

Lesbos və yaxınlıqdakı Çios adalarında yerləşən qaçqın düşərgələrində heç bir itki və ya xəsarət olmayıb. İki il öncə Yaxın Şərqdən qaçaqraq Avropada sığınacaq axtaraqn yüzminlərlə müharibə qaçqını bu iki adaya yerləşmişdi. Onların bəziləri digər Avropa ölkələrinə köçürülsə də, çox sayda qaçqın hələ də oradakı düşərgələrdə qalır.

Titrəyiş Türkiyənin qərbində yerləşən İzmir şəhərində hiss edilib. Orada isə xəsarət alan olmayıb.

Yunanıstan zəlzələ
Yunanıstan zəlzələ

İlk zəlzələdən sonra onlarla kiçik yeraltı təkanlar baş verib. Avropa-Aralıq Dənizi Seismoloji Mərkəzindən verilən məlumata görə, zəlzəlnin episentri Lesbos adasından 15 kilometr cənubda olub. Zəlzələ Yunanıstanın paytaxtı Afina, eləcə də Türkiyənin ticarət mərkəzi sayılan İstanbulda hiss edilib.

Zəlzələlər Yunanıstan və Türkiyədə tez-tez baş verib. Buna səbəb regionda böyük geoloji fay xətlərinin kəsişməsidir. 1999-cu ildə Türkiyənin şimal-qərbində iki böyük zəlzələ 18 min insanın ölümü ilə nəticələnib. Eyni ildə Yunanıstanda 5,9 bal gücündə zəlzələ nəticəsində isə 143 nəfər həyatını itirib.

XS
SM
MD
LG