Accessibility links

Zərif ABŞ və İsraili müharibə təhlükəsini artırmaqda ittiham edib


İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İsraili müharibə axtarışında ittiham edərək, İsrailin əməlləri və Birləşmiş Ştatlar tərəfindən hərəkətlərin regionda toqquşma imkanını artırdığına dair xəbərdarlıq edib.

Münhendə Təhlükəsizlik Konfransında danışan Zərif həmçinin ABŞ-ın vitse-prezidenti Mayk Pensin Avropa ölkələrini İranla nüvə sazişindən çıxmağa çağırmasından sonra Birləşmiş Ştatlar administrasiyasını tənqid edib. O, Fransa, Almaniya və Britaniyanı razılışmanın qorunması üçün daha çox iş görməyə çağırıb.

“Əlbəttə bəziləri müharibə axtarır…İsrail. Müharibə riski böyükdür. Beynəlxalq qanunun pozulmasına göz yummağa davam etsəniz, bu risk daha da böyük olacaq” – deyə, Zərif bildirib.

İran xarici işlər naziri İsraili Suriyada bombardman kampaniyasında ittiham etdikdən sonra Avropa ölkələrini İsrail və Birləşmiş Ştatları regionda davranışını dəyişməyə çağırmadığına görə tənqid edib.

İsrailin baş naziri Benyamin Netanyahu
İsrailin baş naziri Benyamin Netanyahu

Bazar günü kabinetinin iclasında danışan İsrailin baş naziri Benyamin Netanyahu İranın aqressvliyinin bütün Yaxın Şərqd regionunda qeyri-sabitliyin əsas faktoru olduğunu bildirib.

“Biz İranın nüvə silahına malik olmasına yol verməməliyik və onun Suriyada hərbi mövcudluğunu blok etməliyik. Biz İsrailin təhlükəsizliyinin təmin edilməsi istiqamətində daimi tədbirlər görməyə davam edəcəyik” – deyə, Netanyahu bildirib.

ABŞ-ın vitse-prezidenti Mayk Pens
ABŞ-ın vitse-prezidenti Mayk Pens

ABŞ-ın vitse-prezidenti Mayk Pens cümə günü çıxışında İranı nasistlərə bənzər anti-semitizmdə ittiham edərək, Tehrana qarşı sərt ritorikasını davam etdirib. Bundan öncə Pens Avropa ölkələrini ABŞ-ın İran İslam Respublikasına qarşı sansksiyalarına mane olmağa çalışmaqda günahlandırıb.

Pens Avropa müttəfiqlərini 2015-ci ildə İranla əldə olunan razılıqdan çıxmağa çağırıb. Rəsmi Vaşinqton İranla dünya qüdrətləri arasında 2015-ci ildə əldə olunmuş razılıqdan ötən il həmin çıxıb.

XS
SM
MD
LG