Accessibility links

Zakir Qaralov yenidən Azərbaycanın baş prokuroru təsdiq olunub


Aprelin 28-də Milli Məclis səlahiyyət müddəti başa çatan Azərbaycanın Baş prokuroru Zakir Qaralovun yenidən bu vəzifəyə təyin olunması məsələsinə baxıb. Parlament prezident İlham Əliyevin təqdimatı ilə Zakir Qaralovun yenidən bu vəzifəyə təyin olunması təklifini dəstəkləyib.

Beləliklə, Zakir Qaralov 4-cü dəfə baş prokuror təyin edilib. O, 25 aprel 2000-ci ildən Azərbaycanın Baş prokurorudur.

XS
SM
MD
LG