Accessibility links

Hondurasda zəlzələ


HONDURAS EARTHQUAKE
HONDURAS EARTHQUAKE

Rixter şkalası ilə 7.6 bal gücündə zəlzələ Honduras adlarını təsirinə məruz qoyub. Təkanlar Mərkəzi Amerikada da hiss edilib. Zəlzələ sunami təhlükəsi yaradıb.

Paytaxt Tequsiqalpada binaların şüşələrini sındırıb. Meksikanın Quintana Roo ştatında zəlzələ hiss edilsə də, dağıntılar olmayıb.

Sakit okeanı Sunami Mərkəzinin bildirdiyinə görə, sunami xəbərdarlığı Puerto Riko və Amerikanın Vircin adalarına şamil edilir. Dalğaların 1 metrlik yüksəkliyə qalxacağı proqnozlaşdırılır.

Hondurasın cənub bölgələrində insanlar evlərini tərk edib.

ABŞ-ın Geoloji Araşdılrmalar Mərkəzinin bildirdiyinə görə, zəlzələ əvvəlcə 7.8 gücündə Hondurasın 202 kilometrliyində yerləşən Barra Patuka və Kayman adalarının 307 kilometrliyindəki Corc Taun bölgəsində qeydə alınıb.

Yeraltı təkanlar Belizin paytaxtı Belizdə də hiss edilib.

XS
SM
MD
LG