Accessibility links

İlkin məlumata əsasən Bakı vaxtı ilə saat 23:48:03-də Azərbaycanın Ağdam rayonu ərazisində zəlzələ qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində 5-3 bal gücündə hiss edilib.

Zəlzələ (Foto Report agentliyindən götürülüb)
Zəlzələ (Foto Report agentliyindən götürülüb)

Yerli medianın məlumatına görə, yeraltı təkanlar Mingəçevir, Gəncə, Yevlax, Bərdə, Şəki, Qax, Zaqatala, Balakən və Lənkəran rayonları da daxil olmaqla, respublikanın Qərb, Şimal-qərb və Cənub zonalarında hiss olunub.

Ağdam Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasının sədri Allahverən Əliyevin Report agentliyinə verdiyi xəbərə görə, rayonun Üçoğlan kəndində vətəndaşa məxsus fərdi yaşayış evi uçulub.

Onun sözlərinə görə, eyni zamanda zəlzələ nəticəsində Quzanlı kəndində elektrik transformatorunda partlayış baş verib, qəsəbəyə verilən elektrik enerjisində fasilələr yaranıb. Hazırda "Azərişıq" ASC-nin əməkdaşları tərəfindən təmir-bərpa işləri görülür.

Eyni zamanda Tərtər rayon icra başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Ramiz Şabanov deyib ki, 5 baldan yuxarı baş verən yeraltı təkanlar bir neçə kənddə dağıntılara səbəb olub, çoxlu sayda ev qəzalı vəziyyətə düşüb.

O bildirib ki, yerli sakinlərin FHK-yə verdiyi məlumata görə, rayonun Evoğlu, İsmayılbəyli və Əskipara kəndlərində palçıqdan tikilən evlərin bir hissəsi zəlzələ nəticəsində uçub. Rayonun digər yaşayış məntəqələrində çoxlu sayda evin hasarlarında çatlar əmələ gəlib.

Hazırda komissiya tərəfindən dəymiş ziyanın miqdarı müəyyən edilir.

Hələ zələzlənin tam nəticələri barədə Fövqəladə Hallar Nazirliyi məlumat yaymayıb.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG