Accessibility links

Robert Muqabeyə bazar ertəsi günortaya qədər möhlət verilib


Zimbabve prezidenti televiziya ilə etdiyi çıxışnda istefasını elan etməyib. Baxmayaraq ki, hakim partiya onu istefa verməyə çağırıb.

Muqabe deyib ki, biz bağışlamaq və məsələləri dostcasına həll etməyi öyrənməliyik. O, partiyasının ona möhlət verməsinə görə narahatlığını da ifadə edib.

Muqabenin sözlərinə görə, bu həftə Zimbabvedə baş verənlər konstitusiya, onun dövlət başçısı və baş komandan kimi fəaliyyətlərinə hədə törətmir.

Zimbabvenin hakim ZANU-PF partiyası prezident Robert Muqabeyə bazar ertəsi günortaya qədər istefa verməsinə möhlət verib. Əks təqdirdə o, impiçlə üzləşə bilər.

ZANU-PF Muqabenin iki həftə əvvəl vəzifəsindən kənarlaşdırdığı sabiq vitse-prezident Emmerson Mnanqaqvahası partiyanın yeni sədri elan edib.

Partiya liderləri həmçinin Muqabenin xanımı Qreysi ZANU-PF Qadın Liqasının rəhbərliyi və partiyanın üzvlüyündən kənarlaşdırıb.

Noyabrın 18-də Zimbabvenin paytaxtı Hararedə minlərlə insan küçələrə çıxaraq devrilmiş prezident Robert Muqabenin istefasına çağırıblar.

Ölkəni 40 ilə yaxın idarə etmiş 93 yaşlı Muqabe ev dustağı edilsə də, vəzifəsindən rəsmən istefa vermək istəmir.

"Muqabe sülaləsinə yox" şüarları ilə aksiya keçirən insanlar küçələrə nəzarət edən əsgərləri qucaqlayıblar.

Aksiya ordu veteranlarının nüfuzlu ictimai təşkilatının təşəbbüsü ilə keçirilib.

Çevriliş Muqabenin hakimiyyəti öz 52 yaşlı arvadına ötürmək planı ortaya çıxdıqdan sonra baş verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken və Lavrov Ukrayna gərginliyi ilə əlaqədar görüş keçirib
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG