Tibetdə özünüyandırma fenomeni

Your browser doesn’t support HTML5

Regiondan daxil olan xəbərlərə görə fəalların Çin əsarətinə etiraz əlaməti olaraq özlərini yandırıdıqları Tibetdə rəsmi Pekin nəzarəti gücləndirir. 2009-cu ildə başlamış bu dalğada indiyə qədər yüzə yaxın insan özünü yandırıb ki, bu halların çoxu ölümlə nəticələnib. Regiondan xaricdə yaşayan Tibet fəalları çalışırlar ki, beynəlxalq ictimaiyyətin diqqətini baş verənlərə cəlb etsinlər.