Wi-Fi-sız, internetsiz, problemsiz məkan

Your browser doesn’t support HTML5

Birləşmiş Ştatlarda Genişzolaqlı internet universal deyil. Şəhər və kənd əraziləri arasında uzun zamandır böyük digital uçurum var.  Lakin paytaxt Vaşinqtondan dörd saat uzaqlıqda yerləşən kiçik bir şəhərdə isə hətta WiFi-ya belə çıxış yoxdur. Buna səbəb Qərbi Virciniya ştatının Qrin Bank şəhərində dünyanın ən böyük radio teleskopunun yerləşməsidir. Ona görə də, orada Wi-Fi və mikrodalğa kimi elektomaqnit dalğalar yarada bilən hər bir şey qadağan olunub.