Müqtəda Əl Sədrin ofisi yaxınlığında partlayış olub

İraq polisinin bildirdiyinə görə, Bağdadın şiələrin əksəriyyət təşkil etdiyi Sədr bölgəsində bomba partlayışı 2 adamın ölümünə səbəb olub. Mikro-avtobusa yerləşdirilən bomba partlayışı 3 damın yaralanması ilə nəticələnib. Partlayış radikal ruhani Müqtəda Əl Sədrin ofisi yaxınlığında baş verib.

Bağdadın digər bir bölgəsində iki bomba partlayışı səbəbi ilə 4 polis zabiti xəsarət alıb. Paytaxtın cənubunda isə yarqlılar tərəfindən bir məktəb müəllimi öldürülüb. Siyasi cəbhəyə gəlincə isə baş nazir vəzifəsinə təyin edilən Cavad Əl Maliki yeni hökumətin formalaşdırılmasına çalışır.