İyulda ABŞ-da istehlak qiymətləri 0.1 faiz bahalaşıb

Birləşmiş Ştatlarda iyul ayında istehlak qiymətləri 0.1 faiz qalxıb. Bu son 8 ayda ən kiçik bahalaşma səviyyəsidir.

Əmək Nazirliyinin bu gün açıqladığı hesabatda isə deyilir ki, istehlakçılar aldıqları xidmət və mallar üçün keçən ilin iyul ayına nisbətən ötən ay 2.4 faiz artıq ödəyiblər. İstehlakçı qiymətləri indeksi Birləşmiş Ştatlarda ən çox izlənilən inflyasiya göstəricisidir.

Bu hesabata əsasən, qiymət qalxımı əsas iqtisadiyyat rəsmilərinin gözlədiyindən daha yüksəkdir.

ABŞ Mərkəzi Bankının rəsmiləri inflyasiyanın ölkə iqtisadiyyatı üçün əsas təhklükə olduğunu bildirib.