Danimarkada terror hücumu cəhdinin qarşısı alınıb

Danimarkada 8 adamın həbsi ilə nəticələnən terror hücumu cəhdinin qarşısı alınıb. Danimarkanın kəşfiyyat xidmətinin bildirdiyinə görə, həbs edilən şəxslərin Əl-Qaidə ilə əlaqəsi olduğundan şübhələnilir. Bomba hücumu planlaşdıran qrunun əvvəlcədən izləndiyi bildirilir. Hücumun hədəfi barədə heç bir məlumat verilməyib. Yerli mətbuat həbs edilənlərdən birinin 19 yaşlı gənc olduğunu bildirib.