Dövlət katibi Rays Çin prezidentilə danışıqlar aparıb

ABŞ Dövlət katibi Kondoliza Rays deyib ki, o, Çinin öz nüfuzundan istifadə edib Şimali Koreyanı nüvə proqramlarını tam açıqlamağa razı salmağa kömək edəcəyinə ümid edir. Xanım Rays bu gün Pekində Çin prezident Hu Jintao və Xarici işlər naziri Yanq Jieçi ilə görüşüb. Çin prezidenti ölkənin mərkəzi və şərq bölgələrində qar tufanları zamanı ABŞ-ın yardımına görə Kondoliza Raysa təşəkkürünü bildirib. Xarici işlər naziri Yanq Jieçi ilə görüş zamanı İranın nüvə müfəttişlərilə əməkdaşlıq etməsi üçün təzyiq götərmək məqsədilə BMT-nin yeni sanksiyalarına ehtiyac məsələsini müzakirə edib.