İran və İndoneziya "Fitnə" filmini tənqid edib

İran və İndoneziya hollandiyalı qanunvericinin Quranın zorakılıqlar yaratdığını dediyi filmi tənqid edib. İranın Xarici İşlər Nazirliyi filmin İslama və mədəniyyətə qarşı olduğunu bildirib və Avropa hökumətlərini filmin nümayiş etdirilməsini dayandırmağa çağırıb. İndoneziyanın Xarici İşlər Nazirliyi də filmin irqçilik müvzusunda olduğunu, azadlıq örtüyü altında çəkildiyini bildirib. “Fitnə” adlı bu filmdə Qurani-Kərimdən kəlamlar gətirilərək, Birləşmiş Ştatlara 2001-ci il sentyabrın 11-i hücumu da daxil edilməklə, terror hücumları nümayiş etdirilir.

Filmin rejissoru Gert Vilders deyib ki, filmdə əsas məqsəd artmaqda olan müsəlman mühacirlərə bütün Avropa boyu demokratiyanın dəyərini inandırmaqdır.