Müxalifət tərəfdarları Gürcüstanın paytaxtı Tbilisidə yürüş keçirib

Bu gün Gürcüstanın paytaxtı Tbilisidə keçən həftə keçirilən parlament seçkilərinin nəticələrinə etiraz olaraq, minlərlə müxalifət tərəfdarının iştirakı ilə yürüş keçirilib. Yürüş Gürcüstanın müstəqillik günü münasibəti ilə keçirilən paraddan dərhal sonra təşkil edilib.Vahid Müxalifət Şurasının lideri Levan Qaçeçiladze seçkilərin saxtalaşdırıldığını deyərək, əldə etdikləri 16 yeri qəbul etməyəcəyini bildirib. Prezident Mixail Saakaşvilinin hakim Birləşmiş Milli Hərəkat partiyası parlamentin 150 yerindən 120-sini qazanıb.