Kolumbiya
ordusu bu həftənin əvvəli yaraqlıların girov götürdüyü 15 əsirin azad edilməsi
ilə bağlı videonu nümayiş etdirib. Videoda aralarında fransız kolumbiyalı
siyasətçi İnqrid Betankort və 3 Amerika müdafiə kontraktorlarının da olduğu
girovlar əlləri plastik əşyalarla bağlanmış şəkildə gizli hərbi vertolyota
minirlər. Əsirlər vertolyota minən zaman onları Kolumbiya İnqilabi Silahlı
Qüvvələr – FARC üzvləri müşayiyət edir. Ancaq bu üzvlər girovları Kolumbiya
ordu agentlərinə verdiklərindən xəbərsizdirlər. Video Kolumbiya əsgəri
tərəfindən lentə alınıb. Başqa bir xəbərdə isə deyilir ki, Kolumbiya müdafiə
naziri Xuan Manuel Santos İsveçrə radiosunun yaydığı iddianı rədd edib. Radionun iddiasına görə, Kolumbiya
girovların geri qaytarılması üçün yaraqlılara milyonlarla dollar pul verib.