Şimali Koreya keçən həftə ölkədən çıxardıqdan sonra BMT-nin nüvə
müşahidəçilərinin əsas nüvə obyektinin təftişini bərpa edəcək.
Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinə obyektin pluton
istehsal edən şöbəsi də daxil edilməklə, bütün hissələrinin yoxlanışına
icazə veriləcək. Pxenyan Yonqbyon nüvə stansiyasının fəaliyyətinin
dayandırlacağını dünən elan edib. Şimali Koreya terrorizmi dəstəkləyən
ölkələr siyahısından çıxarılmağına görə, beynəlxalq müfəttişlərinin
işini dayandırmışdı. Şənbə günü ABŞ-ın Şimali Koreyanın təftişə icazə
verəcəyini bildirməsindən sonra o ölkənin həmin siyahıdan çıxarıldığını
bəyan etmişdi.