Çexiya Senatı ABŞ-ın raketlərdən müdafiə sisteminə dair sazişi təsdiq edib

Çex Respublikası parlamentinin yuxarı palatası – Senat Mərkəzi Avropada raketdən müdafiə sistemi yerləşdirilməsinə dair ABŞ-la olan razılaşmaları qəbul edib. Qüvvəyə minməsi üçün sazişlərin aşağı palatada da təsdiq olunması zəruridir. Orada oxşar qərarın çıxarılacağı gözlənilir. Çex rəsmilər deyir ki, səsvermənin yalnız ABŞ-ın yeni prezidenti Barak Obamanın yanvarın 20-də postuna keçməsindən sonra keçirilməsi ehtimal edilir. Rusiya ABŞ-ın Avropada raketdən müdafiə sistemi yerləşdirmək planlarının əleyhinədir. Bir neçə gün əvvəl Rusiya baş naziri Vladimir Putin məsələyə etirazını bir daha bildirərək, Barak Obamanın planı yenidən nəzərdən keçirməli olduğunu demişdi.