İraqda sünni yaraqlı qrupun lideri ələ keçirilib

İraq təhlükəsizlik qüvvələri sünni ərəblərin yaraqlı qrupunun lideri olduğu deyilən şəxsi ələ keçiriblər. İraq silahlı qüvvələrinin sözçüsünün bildirdiyinə görə, Sayer Kadhim Abid əl-Suraivinin bəzi İraq və qonşu ölkə siyasətçiləri ilə əlaqəsi olduğuna inanılır. Lakin sözçü digər təfərrüatlara varmayıb. Suraivinin başçılıq Ənsar əl-Sünnə qrupu bir neçə bomba hücümu və qətllərdə günahlandırılır.