Rik Linda qasırğasından sonra ən güclü qasırğa hesab edilir

Rik qasırğası 1997-ci ildə Sakit okeanının şimal-qərb bölgəsini bürüyən Linda qasırğasından sonra ən güclü qasırğa hesab edilir. ABŞ-ın Milli Qasırğa Mərkəzinin bildirdiyinə görə, Rik qasırğası 285 km-saat sürətli küləklə müşayiət edilir.

Qasırğa hazırda Meksika sahillərindən yüzlərlə km-lik məsafədədır. Gələn iki gün ərzində Rik qasırğası təhlükə səviyyəsini saxlamalıdır. Lakin qasırğanın Baha Kaliforniya yarımadasına yaxınlaşdıqca sürətini itirəcəyi gözlənilir.

Rik bu ilin qasırğa mövsümünün yeddinci qasırğasıdır.